Gürcüstana gizli yolla daşınan silahlar: Hədəf nə olub?
Yusif Nəzərli
07:37 07.10.2025
Cənubi Qafqaz
345
Oktyabrın 5-də Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən bələdiyyə seçkiləri günü diversiya törətmək məqsədilə əldə edilmiş silah-sursatın müsadirəsi zamanı qumbaraatan, tank əleyhinə mərmilər və pulemyot aşkarlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.
Bəlli olub ki, Gürcüstan vətəndaşı qanunsuz olaraq pulemyot, çoxlu sayda güllə, qumbaraatan, tankəleyhinə mərmilər, trotil (partlayıcı maddə), eləcə də üç elektrik detonatoru, iki avtomatik odlu silah və partlayıcı qurğu əldə edib və bunların hamısını Mtsxeta bələdiyyəsində, avtomobil yoluna yaxın meşə massivində gizlədib.
Baş Prokurorluğun məlumatına əsasən, saxlanılan şəxsə silah-sursatı qanunsuz əldə etmə və saxlama ittihamı üzrə qiyabi olaraq ittiham irəli sürülüb.
DTX oktyabrın 5-də bəyan etmişdi ki, Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisiyə yaxın ərazidə çoxlu sayda silah-sursat saxlanılan gizli anbar aşkarlayıblar. Araşdırmaya görə, hazırda azadlıqda olan Gürcüstan vətəndaşı B.Ç. Ukraynada fəaliyyət göstərən hərbi birləşmənin nümayəndəsindən çoxlu miqdarda odlu silah alıb.
Xatırladaq ki, oktyabrın 4-də bələdiyyə seçkiləri günü Tbilisidə müxalifətin mitinqi keçirilib. Aksiyanın təşkilatçıları həmin gün hakimiyyətin devriləcəyini bəyan edərək, prezident sarayını ələ keçirməyə çağırıblar. Bundan sonra bir qrup etirazçı prezident iqamətgahına doğru irəliləyib, hasarları dağıtmağa cəhd edib, amma xüsusi təyinatlı qüvvələr su şırnaqları və yaşardıcı qaz tətbiq edərək kütləni dağıdıb.
Polis gecə saatlarında mitinqin beş təşkilatçısını hakimiyyətin zorla devrilməsinə çağırış və qruplaşma şəklində zorakılıq təşkiletmə ittihamı ilə saxlayıb. Onları doqquz ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Daha sonra prezident sarayına hücumda iştirak etdiyinə görə 13 nəfər də həbs olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm