
Analitik: Ermənistanın KTMT-yə qayıtması mümkünsüzdür
10:17 06.12.2024
Dünya
331
Ermənistanın KTMT-yə borcu ola və onu iki il ödəməyə bilər, indi 2024-cü il üçün borc var, müddəti 2025-ci ilin sonunda başa çatacaq. Bunu Rusiya XİN rəhbərinin müavini Aleksandr Pankin deyib. O bildirib ki, Ermənistan bu borcu iki il ödəməyə bilər. Əlavə müvafiq qərarlar qəbul ediləcək. KTMT-nin istənilən üzvü borclana bilər. Elə hallar olub ki, başqa ölkələr də borclanmağa məcbur olub.
Siyasi şərhçi Elmir Səftərov “Sherg.az”a söyləyib ki, Nikol Paşinyan Ermənistanın Rusiyadan uzaqlaşmasını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qarabağda savaşmaması ilə əlaqələndirir:

“Rusiya Prezidenti Vladimir Putin isə noyabrın sonunda Ermənistan-KTMT əməkdaşlığı ilə bağlı verdiyi açıqlamalarda müdaxilənin yalnız ölkəyə xarici təcavüz edilməsi zamanı ola biləcəyini ifadə etmişdi. Rusiyanın söz sahibi olduğu hərbi təşkilatdan uzaqlaşmaqla bərabər, Ermənistan baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyi (AİB) sammitinə də ev sahibliyi etməyəcəyini təsdiqləyib. Təbii ki, Ermənistanın bu addımı Rusiya ilə əlaqələri tamamilə kəsdiyi anlamına gəlməsə də, başı Ukraynadakı savaşa qarışan, həmçinin Yaxın Şərqdə nüfuzu zədələnən Moskvadan daha çox mənfəət və güzəştlər əldə etmək niyyəti də ola bilər”.
Ekspert qeyd edib ki, ümumilikdə V.Putinin fikirləri, daha sonra Nikol Paşinyanın KTMT-də açıq şəkildə narazılıq ifadə etməsi artıq dərinləşib və ciddi məsələ kimi görünsə də, Rusiya sakitdir və İrəvanın təhlükəsizliyini KTMT-dən başqasının təmin etməyəcəyini inandırmağa çalışır:
“Misal olaraq da Qərbi Ukraynanın indiki vəziyyətə gəlməsində səbəbkar göstərir. Amma bu situasiya Ermənistanın KTMT-yə qayıtmasını artıq getdikcə çətinləşdirir, hətta mümkünsüz edir. Təşkilatda iştirak etməsə də, KTMT-yə borcu olan İrəvan düşünür ki, Rusiya Ermənistana çatdırılmayan silahlara görə ödədiyi vəsaitin bir hissəsini keçə bilər.
Bundan əlavə, Qərbin Rusiyanın aktivlərini dondurub müsadirə etməsi fonunda Ukraynada apardığı müharibə Moskvanın KTMT-yə borcu olan Ermənistana münasibətdə təzyiq göstərməsini təxirə salır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya