Generalın məxfi sistemi: Onlar ordudan təmizlənəcək
17:42 13.02.2020
Dünya
482
FETÖ-çular təkcə siyasi partiyalarda və orduda təmsil olunmur, həm də müxtəlif dövlət qurumları və təşkilatlarda da aktiv fəaliyyət göstərirlər. Bu sözləri Axar.az-a açıqlamasında “Kafkassam”ın Amerika araşdırmaları və terrorla mübarizə üzrə mütəxəssisi Əmrah Qaya türkiyəli yazar Nədim Şənərin Türkiyə Silahlı Qüvvələrində FETÖ şəbəkəsinin 18 min üzvü olması iddiasını şərh edərkən deyib. O bildirib ki, FETÖ-çular müxtəlif dövlət qurumlarına sızmaq üçün cilddən-cildə girirlər:
“Onlar eyni zamanda siyasi partiyalarda da yer alırlar. İlk vaxtlar onların çoxu pis niyyətli olmurlar, sonradan düşüncələri dəyişir. Məsələn, Bülənd Əcəvit zamanında fətullahçılarla təmasda olub, hətta müxtəlif kitablarda FETÖ-dan bəhs edən məqalə yazıb. Bu gün Əcəvitin FETÖ-çu olması haqda insanların düşüncələrinə xətalı bir fikir yeridilir.
FETÖ-çular Türkiyədə demək olar ki, fərqli-fərqli qurumlara daxil olmağı bacarıblar. Bu proses onların öz adamlarını işə qəbul etməsindən başlayır. Beləlikə, onlar yavaş-yavaş məqsədlərinə çatırlar. Öz kimliklərini asanlıqla gizlətdikləri üçün onların üzə çıxarılması çətin olur. Hansı ki, onlar özləri də hər kəslə bərabər FETÖ-nun ünvanına təhqirlər yağdırırlar.
General Cihad Yaycının sistemi sayəsində FETÖ-çuların üzə çıxarılması istiqamətində tutarlı faktlar əldə etmək mümkündür. Bu sistem şəxsin keçmişini, fəaliyyətini yaxından araşdıraraq, onun FETÖ-çu olub-olmadığını müəyyən etməyə kömək edir”.
Ə.Qaya xatırladıb ki, 15 iyul çevrilişə cəhdi zamanı FETÖ-çuların ordunun ən üst səviyyəsinə kimi yüksəldiyi üzə çıxdı:
“Bu hadisədən sonra gördük ki, ordudakı bir çox insan – özünü atatürkçü, millətçi, FETÖ-ya nifrət edən kimi göstərənlər də FETÖ-çu çıxa bilərmiş. Təəssüf ki, onların hələ də Türkiyə Silahlı Qüvvələrində qalmaq ehtimalı var”.
Qeyd edək ki, türkiyəli yazar Nədim Şənər “CNN Türk”ə açıqlamasında Türkiyə Silahlı Qüvvələrində FETÖ şəbəkəsinin 18 min üzvü olduğunu iddia edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya