Koronavirus bioloji silahdırmı? - Çin cavab verdi
06:31 10.02.2020
Dünya
562
Çin hökuməti koronavirusun bioloji silah olma versiyasını qiymətləndirib. Belə ki, ÇXR-in ABŞ-dakı səfiri Tsuy Tyankay müvafiq bəyanatı rədd edərək, bu mövzuda spekulyasiyanı axmaqlıq adlandırıb.
Bu barədə TASS xəbər yayıb.
Diplomat bəyan edib ki, şaiyələri qızışdırmaq və onları insanlar arasında yaymaq yaxşı davranış deyil. Onun fikrincə, bu, sakinlər arasında təşvişə, irqi ayrı-seçkiliyə və ksenofobiyaya gətirib çıxara bilər, həmçinin koronavirusla mübarizəyə mane olar.
“Bəzi insanlar deyir ki, virus hərbi laboratoriyada yaradılıb – Çində yox, ehtimal ki, ABŞ-da. Biz bu ağılsız fərziyələrə necə inana bilərik?” - deyə Tyankay bəyan edib.
Diplomat onu da bildirib ki, virusun mənşəyi barədə hələ çox şey məlum deyil.
“Bir çox ölkələrin alimləri daha çox informasiya əldə etməyə çalışır. Lakin ilkin araşdırmalara görə, koronavirus insanlara heyvanlardan keçə bilər”, - deyə o, bildirib.
Qeyd edək ki, Çin hökuməti “2019-nCoV” koronavirusuna müvəqqəti olaraq NCP (yeni tip koronavirusun səbəb olduğu sətəlcəm) adı verib. Son məlumatlara görə, Çində bu xəstəlikdən ölənlərin ümumi sayı 803 nəfərə çatıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çempionlar Liqasının finalı almaniyalı hakimə tapşırıldı
19:45 11.05.2026
Futbol
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya