Tbilisinin sabiq meri həbs edildi- YENİLƏNİB
20:16 10.02.2020
Dünya
400
Tbilisinin sabiq meri, müxalif Avropalı Gürcüstan Partiyasının liderlərindən biri Gigi Uqulava üç il iki ay müddətinə həbs olunub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Ali Məhkəməsi qərar qəbul edib.
Sabiq mer 2009-2010-cu illərdə 48 milyon lari (təxminən, 16 milyon dollar) vəsaitin israf edilməsi ilə bağlı vəzifə səlahiyyətlərini aşmaqda günahkar bilinib.
G.Uqulava məhkəmənin qərarını siyasi qərar adlandırıb. O, hüquq-mühfizə orqanları əməkdaşlarını Avropalı Gürcüstan Partiyasının ofisində gözləyəcəyini və həbsxanaya getməyə hazır olduğunu deyib.
Müxalifətçinin bu günün sonuna qədər həbs olunacağı gözlənilir.
Qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsi G.Uqulavanı 2015-ci ilin sentyabrında vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə dörd il altı ay müddətinə azadlıqdan məhrum edib. 2018-ci ilin fevralında məhkəmənin qərarı ilə müxalifətçi bir il üç ay müddətinə həbs edilib. Lakin o zaman G.Uqulava digər cinayət işi üzrə 1 il 3 ay 22 gün həbs cəzası çəkdiyindən həbsxanaya göndərilməyib.
Gürcüstanın Baş Prokurorluğu keçmiş merlə bağlı cinayət işini seçki islahatları tələbi ilə müxalifətin keçirdiyi etiraz aksiyalarından sonra bərpa edib.
***
Tbilsinin keçmiş meri, müxalif Avropalı Gürüstan Partiyasının liderlərindən biri Gigi Uqulava polisə təslim olub.
"Report"un yerli bürosu xəbər verir ki, müxalif siyasətçi özü Gürcüstan Dаxili İşlər Nаzirliyinə (DİN) gəlib.
G.Uqulava DİN-nin binasına daxil olmazdan əvvəl tərəfdarları ilə sağollaşıb. O, mübarizəni davam etdirəcəyini bildirib.
Sabiq mer tezliklə Matrosovlar adlandırılan həbsxanaya aparılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çempionlar Liqasının finalı almaniyalı hakimə tapşırıldı
19:45 11.05.2026
Futbol
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya