Tramp prezident seçkilərinə qədər Kim Çen In ilə görüşmək istəmir
20:27 10.02.2020
Dünya
382
Prezident Donald Tramp müşavirlərinə bildirib ki, noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər KXDR lideri Kim Çen In ilə görüşmək istəmir. Bu barədə CNN telekanalı məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ağ Evdən olan mənbənin məlumatına görə, Tramp və onun yaxınları KXDR ilə nüvəsizləşdirmə barədə danışıqlar aparmağa tələsmirlər, çünki bundan olan risk potensial səmərəni üstələyir. Bundan başqa, ABŞ tətbiq etdiyi sanksiyaları azaltmayınca, - bu da çətin ki yaxın vaxtlarda baş tutsun, - Pxenyan münasibətlərin normallaşdırılmasına razı olmayacaq.
Kim Çen In və Donald Tramp 2019-cu il iyunun 30-da Pxanmuncomda görüşərkən nüvəsizləşdirmə mövzusu (bu mövzu fevral ayında Hanoyda keçirilmiş Sammitdə nəticəsiz başa çatmışdı) üzrə məsləhətləşmələri işçi səviyyəsində bərpa etmək barədə razılığa gəlmişdilər. Razılığa əsasən ABŞ və KXDR nümayəndələri ikitərəfli münasibətlərin normallaşdırılması perspektivlərini müzakirə etmək üçün oktyabrın 5-də Stokholmda görüşüblər. Lakin 2019-cu ilin sonunadək Vaşinqton və Pxenyan arasında dialoq qurmaq mümkün olmayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çempionlar Liqasının finalı almaniyalı hakimə tapşırıldı
19:45 11.05.2026
Futbol
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya