Fikrət Qocanın qəbirüstü abidəsinin açılışı oldu - FOTO

Xalq şairi, “Şərəf” və “İstiqlal” ordenli Fikrət Qocanın qəbirüstü abidəsinin açılışı olub.
Açılış mərasimində Mədəniyyət Nazirliyinin əməkdaşları, bir sıra ictimaiyyət nümayəndələri, şair və yazıçılar iştirak ediblər.

Qeyd edək ki, Fikrət Qoca 5 may 2021-ci ildə vəfat edib. O, Birinci Fəxri xiyabanda dəfn olunub.
“Global Photo Stock”un əməkdaşının lentə aldığı fotoları təqdim edirik: