"Meyxanaya qulaq asmıram, amma yaxşı meyxanalar var. Mən onlara mətn kimi baxanda görürəm ki, sanballı ədəbi mətnlərdir. Bir şey ki, sözlə bağlıdır və onu sənətkar deyir, ona niyə söz sənəti deməyəsən".
"Sherg.az" xəbər verir ki, bu barədə "Sabaha Saxlamayaq" verilişində Azərbaycan Yazıçılar Birliyinin katibi, esseist Səlim Babullaoğlu bildirib. O qeyd edib:
"Əminəm ki, zaman gələcək meyxana ədəbiyyatşünaslığın faktı kimi ən yaxşı nümayəndələrinin simasında ədəbiyyat dərsliyinə salınacaq. Meyxanaya daha çox XX əsr hadisəsi kimi baxıram. Sovet dövründə meyxana andeqraund sənəd idi. Ona görə dərsliklərə salınmadı. Bu gün dərsliklərə ona görə salınmır ki, çoxlu ciddi ədəbiyyat nümunələri yazılır".