Beyləqanda yazıçı Pərvinlə görüş keçirildi - FOTOLAR


Bu günlərdə Beyləqan Tarix-Diyarşünaslıq Muzeyində tanınmış yazıçı, “Qobustan” jurnalının baş 
redaktoru Pərvin Nurəliyeva ilə görüş keçirildi. 

"Sherg.az" xəbər verir ki, mədəniyyət və təhsil müəssisələrinin əməkdaşları, 
regionada yaşayan qələm adamlarının iştirakı ilə baş tutan görüşü giriş sözü ilə Kürdəmir Regional 
Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı açdı. İdarə rəisi ölkəmizin önəmli imzaları, ədəbiyyat-
mədəniyyət adamları ilə bölgələrdə görüşlərin keçirilməsinin əhəmiyyətindən, bu görüşlərin rayon 
ictimaiyyəti tərəfindən maraqla qarşılanmasından bəhs etdi, Regional İdarənin ötən dövr ərzində 
həyata keçirdiyi tədbirlərdən geniş söhbət açdı.

Görüşün moderatoru yazar, ədəbiyyatşünas Ramil Əhməd müəllifin “Vəziyyət ruscadır”, “Anar 
dünyası”, “Qadın olmaq”, “Balerina”, “190 yaşlı həmdəmim” kitabları və “Qobustan” jurnalı haqqında 
tədbir iştirakçılarına qısa məlumat verdi.

 Daha sonra Pərvin Nurəliyeva ədəbiyyat haqqında 
düşüncələrini paylaşdı, oxucuları maraqlandıran sualları cavablandırdı. Yazıçının əsərlərinin 
bəzilərinin şagirdlər tərəfindən daha öncədən oxunması, müəllifin pyeslərindən birini məktəbdə 
tamaşaya qoymaq istədiklərinin bildirilməsi tədbirin yadda qalan məqamlarından oldu.