"Mən vətənəm" kitabı Sumqayıt şəhər Heydər Əliyev mərkəzində təqdim olunub 


Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Dünya Gənc Türk Yazarlar Birliyinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin birgə təşkilatçılığı ilə DGTYB -nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "Cəbhədən cəmiyyətə" Müharibə iştirakçısı yazarlarla səngər yoldaşlarının görüşləri adlı layihə çərçivəsində 44 günlük Vətən müharibəsi iştirakçısı olan yazarların müxtəlif janr və məzmunlu yaradıcılıq örnəklərindən ibarət yeni nəşr olunmuş kitabın təqdimatı keçirilib. 

Bu barədə saytımıza layihə rəhbəri, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar məlumat verib. Tədbirdə  Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Tərlan Hacızadə, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova, Şöhrət” ordenli şair-pedaqoq Ofelya Babayeva,  Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət ekspertlər şurasının sədri, tanınmış şair İbrahim İlyaslı, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt filialının sədri Gülnarə Cəmaləddin,  Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin direktoru Sevinc Qasımova, tanınmış kitabçı, şair Xan Rəsuloğlu, tanınmış yazıçı Kənan Hacı, gənc şair Elşad Barat, "Vətən Bağı" STİB-nin sədri Emin Tarverdiyev, "Mən vətənəm" kitabında yaradıcılıq nümunələri yer alan qazi yazarlardan Emin Piri, Vüsal Hətəmov, Həsən Kür, Elvin İntiqamoğlu, Nicat Fərman və digər vətən müharibəsi iştirakçıları, gənclər və ictimaiyyət nümayəndələri iştirak edərək, layihə və kitab haqqında fikirlərini bölüşüblər, kitabdakı şeir və hekayələrin bədii xüsusiyyətlərindən, gənclər üçün faydasından söz açıblar. 
Yekunda layihənin həyata keçirilməsində fəal iştirak edən müəlliflər və təşkilatçılar Dünya Gənc Türk Yazarlar Birliyininin diplomları ilə təltif olunublar.Tədbirə xatirə şəkli çəkilməklə yekun vurulub.

Onu da qeyd edək ki, Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "Cəbhədən cəmiyyətə" Müharibə iştirakçısı yazarlarla səngər yoldaşlarının görüşləri adlı layihə çərçivəsində bundan öncə Mingəçevir şəhərində, Gədəbəy rayonunda və Samux rayonunda silsilə tədbirlər keçirilib.