“Gəncəvinin əsərləri dünya ədəbiyyatının möhtəşəm nümunələridir”

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov beynəlxalq forumda Gəncə şəhərinin tarixi ilə bağlı məruzə ilə çıxış edib.

Bu barədə "Report"un müxbiri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən və dahi Azərbaycan şairinin zəngin ədəbi irsinə həsr olunan forumun panelindən xəbər verir.

N.Bayramovun sözlərinə görə, Gəncə Azərbaycanın mədəni həyatında mühüm rol oynayır.

"Nizami Gəncəvi Gəncə şəhərində doğulub, bu şəhərdə yaşayıb. Onun əsərləri, xüsusilə "Xəmsə"si Azərbaycan və dünya ədəbiyyatının möhtəşəm nümunələridir", - o əlavə edib.