Azərbaycan Yazıçılar Birliyinin Qərbi Azərbaycan bölməsi bu yaxınlarda fəaliyyətə başlaya bilər.
APA xəbər verir ki, bu təkliflə Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid Milli Məclisdə keçirilən “Qərbi Azərbaycan: soyqırımına məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmədə çıxış edib.
Onun sözlərinə görə, bu təkliflə yaxın zamanlarda çıxış edəcək.