Məmməd İsmayıl ağır əməliyyatdan çıxdı: "...Qoruyan qoruyur, ölməyəcəyəm" - FOTO

Azərbaycanın tanınmış ustad şairi Məmməd İsmayıl Türkiyədə əməliyyat olunub.

Sherg.az xəbər verir ki, bu barədə şairin özü feysbukda paylaşım edib.

"Dünən səhər ağır əməliyyatdan birini də keçirdim. Belə görünür, Allahın nəzəri yenə də üstümdə imiş. İçimdə bir misra səsləndi bildim qoruyan qoruyur, ölməyəcəyəm", - deyə M. İsmayıl paylaşımda qeyd edib.

Məmməd İsmayılın yaxın dostu, şair  Ehtiram İlham da özünün feysbu hesabında şairə şəfalar diləyib:
"Ustad Məmməd İsmayıl dünən Türkiyədə növbəti, həm də ağır əməliyyatdan çıxıb. Şükür Allahın bu gününə, hər şey uğurlu olub. Yaxın zamanlarda öz qaynar həyat eşqiylə hamıya örnək olan Məmməd əmi, yenə sıralarımıza qoşulacaq. Və üz tutacaq dünyanın cənnətmisal məkanına - doğma Əsrik dərəsinə...
Allahın nəzəri həmişə üstünüzdə olsun. Açil şəfalar diləyirəm".