Yaqub Mahmudova həsr olunan kitabın onlayn versiyası təqdim edilib

Tədqiqatçılar Nazim Xəlilov və Elnur Nəciyevin “Ağır sınaqlarda sınmayan böyük alim: Yaqub Mahmudov” kitabının onlayn versiyası Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının saytında yerləşdirilib.

Kitabda Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, akademik Yaqub Mahmudovun həyatı, elmi‐pedaqoji və ictimai‐siyasi fəaliyyəti barədə yığcam məlumat verilir. Nəşr ilk dəfə olaraq oxuculara tarixçi alimin yenilənmiş bioqrafiyasını təqdim edir. Kitaba, həmçinin Yaqub Mahmudovun maraqlı xatirələri, onun həyat və fəaliyyətini əks etdirən fotomateriallar daxil edilib.

Xatırladaq ki, “Ağır sınaqlarda sınmayan böyük alim: Yaqub Mahmudov” kitabı bundan əvvəl Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasına, Azərbaycan Milli Kitabxanasına, Bakı Mühəndislik Universitetinin kitabxanasına və ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində fəaliyyət göstərən “İnternet Arxivi” kitabxanasına təqdim olunub.