Əməkdar jurnalist, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı Azərbaycan Yazıçılar Birliyini tənqid edib.
"Sherg.az" xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində status yazıb.
A. Aşırlı quruma istiqlal şairi Məmməd Arazın 90 illik yubileyi ilə bağlı tədbir keçirmədikləri üçün irad bildirib:
"Milli İstiqlal Partiyası (AMİP) öz qərargahında Məmməd Arazın 90 illik yubleyini keçirib. Təzada bax ,tədbir keçirməli olan Azərbaycan Yazıçılar Birliyindən səs - səmir yoxdur. Görünür, yuxarıdan göstəriş gözləyirlər ki , hərəkət etsinlər. Yoxsa şair və yazıçıların heç olmasa yubileyinin keçirilməsini niyə siyasi qurumun öhdəsinə buraxırlar?".