Xalq şairi Məmməd Arazın anım günü qeyd edildi - FOTO

Xalq şairi Məmməd Arazın anım günü münasibəti ilə onun yaradıcılığını sevənlər, dostları, yaxınları dekabrın 1-də Fəxri Xiyabandakı məzarının başına toplaşdılar. 

Adalet.az xəbər verir ki, xalq Məmməd Arazın məzarı ziyarət ediləndən sonra Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda anım günü qeyd edilib.



 
Tədbirdə Məmməd Arazın qızı İradə Tuncay, yazıçı, millət vəkili Aqil Abbas, AYB-nin sədri yazıçı Anar, Rəşad Məcid, Narıngül Nadir, Vaqif Yusifli və digər qələm adamları iştirak ediblər.

Qiraətçi Ağalar Bayramov Məmməd Araz yaradıcılığından şeirlər səsləndirib.

Qeyd edək ki, xalq şairi Məmməd Araz 14 oktyabr 1933-cü ildə Naxçıvanın Nursu kəndində anadan olub, 2004-cü il 1 dekabr Bakıda vəfat edib.