Elçin Mirzəbəylinin “Anamın duası” adlı şeirlər kitabı təqdim olundu (FOTO)
14:32 15.12.2023
Ədəbiyyat
1640
Bu gün Azərbaycan Yazıçılar Birliyində Əməkdar jurnalist, şair, siyasi ekspert Elçin Mirzəbəylinin “Anamın duası” adlı şeirlər kitabı təqdim olunub.
Trend-in məlumatına görə, kitab Vətən mühariəsində tarixi Zəfərə həsr olunub və kitabda Şuşa, Qarabağla bağlı şeirlər öz əksni tapıb.
Təqdimat mərasimində millət vəkilləri, yazıçılar, bəstəkarlar və digər qonaqlar iştirak edib.
Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Rəşad Məcid Elçin Mirzəbəylinin yaradıcılığı və fəaliyyəti haqqında danışıb. O qeyd edib ki, Elçin Mirzəbəylinin çoxşaxəli fəaliyyəti var.
“Elçin Mirzəbəyli həm şair kimi, həm də siyasi ekspert kimi yorulmaz fəaliyyət gösərir. Kitabda vətənpərvərlik mövzusuna yer verilib və tarxi Zəfərimizin poeziya dilində xalqımıza və gələcək nəsillərə çatdırılması üçün əhəmiyyətlidir”, - deyə o qeyd edib.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Elçin Mirzəbəyli müasir Azərbaycan poeziyasının ən səmimi qələmlərindən biridir.
“Onun şeirləri Azərbaycan xalqının ruhu qədər incə, vətənpərvər ruhda yazılıb. Azərbaycan xalqı uzun illərdir dua edir, lakin ən müqddəs dua ana duasıdır. Tarixi Zəfərimiz bu şeirlərdə vətənpərvər ruhda öz əksini tapır”, - deyə o qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm