Məktəb direktorundan şeir: "Xalqın arzusudur, Paşa istəyir"
Yusif Nəzərli
13:03 21.09.2023
Ədəbiyyat
2813
“Sherg.az” Ağstafa rayon Aşağı Göycəli kənd tam orta məktəbin direktoru Əhəd Musayevin 2020-ci ilin oktyabrında Şuşaya həsr etdiyi şeirini təqdim edir:
Yurda baxammasan, yurd uçuq qalar.
Saraydan geriyə qalacıq qalar.
"Şuşasız işimiz yarımçıq qalar"
Xalq səni tarixdə yaşa istəyir,
Hamının ürəyi Şuşa istəyir.
Qubadlı gözünü dikib bəriyə,
Zəngilan az qalır dura, yeriyə.
İnanma daha xalq susa, kiriyə
Kəlbəcər, Laçını qoşa istəyir.
Hamının ürəyi Şuşa istəyir.
Şuşada yağının caynağı vardır.
Ordu o caynağı kəsib, çıxardır.
Düşmənin kökünü qazıb, çıxardır.
Dəyməsin külüngü daşa istəyir.
Hamının ürəyi Şuşa istəyir.
Vətəndə qalmayaq sərgərdan daha.
İrəli atılaq səngərdən daha.
İti qovaq deyir Sərkərdə daha.
Xalqın arzusudur, Paşa istəyir.
Hamının ürəyi Şuşa istəyir.
P.s Təhsil işçisi bildirib ki, o, şeiri yazarkən Ali Baş Komandanın "Şuşasız işimiz yarımçıq qalar" açıqlamasından ilhamlanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm