“Festivalda maraqlı müzakirələr oldu, ədəbi söhbətlər aparıldı. Tərcümə işinin əhəmiyyəti vurğulandı”
Nijni-Novqoroddan gələn var
05:51 19.10.2023
Ədəbiyyat
1888
"Qorki adına Beynəlxalq Ədəbiyyat Festivalı yeddinci dəfədir ki, keçirilir”
“Festivalda maraqlı müzakirələr oldu, ədəbi söhbətlər aparıldı. Tərcümə işinin əhəmiyyəti vurğulandı”
“Festivalda maraqlı müzakirələr oldu, ədəbi söhbətlər aparıldı. Tərcümə işinin əhəmiyyəti vurğulandı”
Rusiyanın Nijni-Novqorod şəhərində Maksim Qorki adına Beynəlxalq ədəbiyyat festivalı keçirilib. Festivalda Azərbaycandan şair, tərcüməçi Akif Əhmədgil və Qoca Xalid iştirak edib. Tədbirin əhəmiyyəti barədə “Sherg.az"a danışan A.Əhmədgil bildirdi ki, M.Qorki adına Beynəlxalq Ədəbiyyat Festivalı yeddinci dəfədir ki, keçirilir:
- Bu festival Rusiyanın Prezident Fondu tərəfindən vətəndaş cəmiyyətinin inkişafına ayrılan qrant layihəsi əsasında həyata keçirilir. Məqsəd bəllidir. Rus dili və ədəbiyyatının inkişafı, qədim rus dilinin, rus xalq dastanlarının tanıdılması, uşaqlar, məktəblilər, tələbələr arasında təbliği. Mən və həmkarım - Şəkinin Dəhnə kəndindən olan Qoca Xalid festivala rus ədəbi nümunələrinin tərcüməçisi olaraq dəvət edilmişdik. Festivalda maraqlı müzakirələr oldu, ədəbi söhbətlər aparıldı. Tərcümə işinin əhəmiyyəti vurğulandı.
Qeyd edək ki, Akif Əhmədgil qədim rus dastanı “İqor polku haqqında dastan”ı Azərbaycan türkcəsinə tərcümə edib. Həm də orijinaldan:
- Bu dastanın, bilirsiniz yəqin, həcmi çox kiçikdir. Cəmi bir neçə səhifədən ibarətdir. Mən adına “dastan” deyilən, əslindəsə qədim rus əlyazması olan hekayəni orijinaldan və öz strukturuna uyğun şəkildə - nəzm formasında tərcümə etmişəm. Bu, ilkdir. Və mən onu tərcümə edərkən bir həqiqət aşkar olundu ki, dastanın strukturu qədim türk dastanları ilə eyni struktura malikdir. Yəni bu qədim rus əlyazmasında türk izi özünü göstərir. Orada türk dilindən alınma, türk köklü xeyli sözlər, ifadələr var. Bu da qədim rusların türk xalqlarıyla sıx münasibətlərinin, ədəbi nümunələrində də türklərdən təsirləndiklərini bir daha sübut edir.
A.Əhmədgil qeyd etdi ki, festivalın yekunu olaraq iştirakçılarının şeirlərindən, hekayələrindən ibarət almanax Nijni-Novqorodda nəşr ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyanın nüfuzlu mükafatını qazandı
20:30 03.06.2026
Futbol
Küveyt iki İran diplomatını "arzuolunmaz şəxs" elan etdi
19:59 03.06.2026
Region
Nəsimi rayonunda kafedən oğurluq edənlər saxlanılıb
19:28 03.06.2026
Hadisə
Ərdoğan: “Qəhrəman elan etdikləri bu gün xain oldu”
19:17 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi
18:35 03.06.2026
Hadisə
Qadınların hesablarından pul oğurlanır - AMB
18:11 03.06.2026
İqtisadiyyat
Cill Bayden: “Co Baydenə qarşı ittihamlar bizi sarsıtdı”
16:54 03.06.2026
Dünya
Roma Papası Prezident İlham Əliyevi təbrik edib
16:45 03.06.2026
Gündəm
Baş nazirdən əlilliyi olan uşaqlarla bağlı qərar
16:23 03.06.2026
Sosial
Saakaşvilidən ermənilərə çağırış: Seçkilərdə ona səs verin!
16:09 03.06.2026
Gündəm
Rusiyadan Ermənistana xəbərdarlıq: Uçuruma gedirsiniz
15:41 03.06.2026
Gündəm
Bakıda “Changan” yanıb
15:38 03.06.2026
Hadisə