"Onlar həmişə Anarı, AYB-ni söyənləri qiymətləndiriblər" - Aləmzər Sadiqqızı
12:44 20.11.2023
Ədəbiyyat
2076
"Sevdikləri üçün yox, “hürən itin qabağına sümük atıblar”. Necə olsa mən sədaqətli “it”dim axı..."
Azərbaycan Yazıçılar Birliyində (AYB) növbəti qalmaqal yaşanır. Ötən həftə AYB-dən ev aldıqları iddia olunan yazarların siyahısı yayılıb.
Siyahıda adı olan şair Aləmzər Sadiqqızı isə “Sherg.az”a açıqlamasında "od püskürüb". Dediyinə görə, Azərbaycan Yazıçılar Birliyi tərəfindən verilən ev siyahısında onun adı olsa da, sonradan ev başqa yazıçıya verilib.
“Çox qəribədir siyahıda adım var.Ancaq adı olmayıb ev alan bir neçə adam var. Görəsən haqqıma kim girib? Düşünüblər ki, Aləmzərin səsi çıxmayacaq. Ancaq səvh edirlər ! Pişiyi dara qısnasan qayıdıb üz cırmaqlar.
-Bəs AYB-dən səbəbini soruşmadınız?
-Səhər işə getdim. Anar müəllim olmadı deyə ərizəmi yazıb katibəyə verdim. Çünki bu haqsızlığın belə formasını hələ görməmişdim. Bilirəm, mənə çox çətin olacaq, ancaq bu ədalətsizliyə dözə bilmədim.
-Siyahıda adı olmayıb ev alanlar var dediniz, kimlərdir?
-Seyran Səxavəti bilirəm. Elçin Hüseynbəylinin isə siyahıda adı var, amma ev almayıb.
- Ərizə yazıb kənara çəkiləcəksiniz, yoxsa şikayət edəcəksiniz?
- Lazım olan nə varsa edəcəm. 23 ildir onların uğurunda döyüşürəm. Allah şahiddir ki, mən bunu ev üçün etməmişəm. Həqiqətən Anarı da, AYB-ni də, oradakı başqa təhqirlərə məruz qalanları da sevə-sevə müdafiə etmişəm.
Ancaq onlar həmişə Anarı, AYB-ni söyənləri qiymətləndiriblər. Sevdikləri üçün yox, “hürən itin qabağına sümük atıblar”. Necə olsa mən sədaqətli “it”dim axı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm