Argentina millisinin müdafiəçisi Nikolas Otamendi karyerasını vətənində davam etdirəcək.
Teleqraf xəbər verir ki, 38 yaşlı futbolçu Portuqaliyanın “Benfika” klubundan ayrılaraq “River Pleyt”ə keçib.
Bu barədə Argentina klubunun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli mərkəz müdafiəçisi iyul ayında “River Pleyt”ə azad agent kimi qoşulacaq.
Qeyd edək ki, Otamendi 6 il “Benfika”nın formasını geyinib. O, daha əvvəl “Mançester Siti”, “Valensiya” və “Porto”da da çıxış edib.
Argentina millisinin qarşıdakı dünya çempionatı üçün yekun heyətinə daxil edilən müdafiəçi yığmada ümumilikdə 130 oyun keçirib.