Tbilisidən Bakıya gələn qatarda nasazlıq yarandı

Tbilisidən Bakıya hərəkət edən sərnişin qatarında gecikmə olub.

Bununla bağlı Oxu.Az-a qatarda olan sərnişinlər məlumat verib. 

Bildirilib ki,  gecikməyə səbəb kimi sıxlığın çox olması ilə bağlı qoşulmuş əlavə vaqonlarda yaranmış nasazlıq göstərilib.

Dünən axşam 20:35-də Tbilisdən hərəkət edən qatar 07:20-də Bakıda çatmalı olduğu halda, amma qatar 12:12-də mənzil başına çatıb.

 “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, hazırda məsələ barədə araşdırma aparılır.