Şəhid polkovnik-leytenant Raquf Orucovun atası vəfat etdi

Xalqın qəhramanı əfsanəvi kəşfiyyatçı "Murov Qartalı" Şəhid polkovnik-leytenant Raquf Orucovun atası İbrahim Orucov bugün Sumqayıtda dünyasını dəyişib.

Sherg.az bildirir ki, "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi şəhidin atası İbrahim Orucovun vəfatı ilə bağlı başsağlığı yayıb. Başsağlığında bildirilir: "Şəhidimizin atasına Allahda rəhmət, məkanının cənnət olmasını arzulayır, yaxınlarına səbr diləyirik... Şəhid yoldaşı və Şəhid atası Allah(c.c) o dünyada Şəhid oğlun və Şəhid yoldaşına qovuşmağı nəsib etsin".

Sherg.az olaraq biz də şəhidimizin atasına Allahdan rəhmət diləyirik!