Əfqanıstanda qadınlardan ibarət milli futbol komandasının nümayəndələri ölkədən qaçıb.
Bu barədə Pakistanın informasiya naziri Favad Çaudri bildirib.
Nazir idmançıların Əfqanıstan-Pakistan sərhədindəki “Torxham” keçid məntəqəsində olduğunu bildirib. İnformasiya nazirinin sözlərinə görə, Pakistanın Futbol Federasiyasının rəhbərliyi qadın futbolçuları qəbul edib.
Vətənini tərk edən idmançıların adları və onların ölkəni beynəlxalq yarışlarda təmsil etməyə davam edib-etməyəcəyi dəqiqləşdirilməyib.
Mənbə: “Daily Sabah”