Medvedev niyə dumaya seçilmək istəmədiyini İZAH ETDİ

“Vahid Rusiya” partiyasının sədri, Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş prezident Dmitri Medvedev niyə dövlət dumasına seçilmək istəmədiyini izah edib. Bu barədə “Sherg.az” “RİA Novosti”yə istinadən xəbər verir. Onun fikrincə, sabiq dövlət başçısının dumada təmsil olunması və parlamentin spikeri vəzifəsinə iddia etməsi doğru olmaz. 
Medvedev, həmçinin bildirib ki, bir çox ölkələrdə prezidentlər vəzifədən getdikdən sonra ümumiyyətlə dövlət idarəçiliyində təmsil olunmur və universitetlərdə mühazirələr oxuyurlar. “Bizdə bu ənənə hələ formalaşmayıb. Mən isə hazırda Təhlükəsizlik Şurasının sədriyəm və çox vacib işlə məşğulam”.- deyə, o, əlavə edib.

Kənan Novruzov