"Rusiya ilə Türkiyə pandemiyaya görə ticarət dövriyyəsindəki itkiləri nəinki kompensasiya edib, hətta artırıb".
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə bildirib.
Onun sözlərinə görə, pandemiya zamanı ağır dövrdə iki ölkənin nümayəndələri arasında təmaslar davam edib: “Münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini söyləmək xoşdur”.
Putin deyib ki, 2020-ci ildə iki dövlət arasında ticarət dövriyyəsində 20 faiz kəsir olub: “Bu ilin ilk 8,5 ayında ticarət dövriyyəsi 55 faiz artıb”.