Vəsiyyət yerinə yetirilib


Səyyad Əlizadə Füzulidə dəfn olunub

Koronavirusdan vəfat edən müğənni Səyyad Əlizadə Füzuli rayonunda dəfn olunub. Mərhumun vəsiyyəti yerinə yetirilib və ata-anasının qəbrinin yanında torpağa tapşırılıb. 
Lakin sənətçinin dəfn mərasiminə həmkarlarının gəlmədiyi, müğənnilərdən yalnız Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi söylənilib. 

Y.Mustafayev  “Şərq”ə açıqlamasında sözügedən xəbərləri yalanlayıb:
“Bütün müğənnilər, sənət dostları xəstəxanada idi. Kimsə məni tək görüb, fotomu çəkib, yazıb ki, yalnız Y.Mustafayev gəlib. Özü də mənim adımdan belə yazıblar. Amma bir daha söyləyirəm ki, hər kəs axşamdan  xəstəxanaya gəldi.  Məsələn, Nadir Bayramlı, Əlikram  Bayramov, Əflatun Qubadov, Eldəniz Məmmədov orada idi. Səhər tezdən cənazəni Füzuliyə yola saldılar. Nazənin xanım Salayeva mənimlə əlaqə saxlayırdı, tez-tez zəng edirdi. Bir neçə gün sonra hamımız birgə Füzuliyə, S.Əlizadəni ziyarət etməyə yollanacağıq. Manaf Ağayev Rusiyadadır, videozəng vasitəsilə Səyyadın qardaş-bacısına, ailəsinə başsağlığı verdi. Bir sözlə, hamımız  iştirak etdik”.