Partiya sədri:"Zəfər sənə çox yaraşır, Azərbaycan!"  

"Bu da bir ilin tamamı. Bir il öncə millət olaraq, dövlət olaraq, ordu olaraq biz çox böyük bir yola çıxdıq".

Bu barədə "Sherg.az"a Milli Həmrəylik Partiyasının rəhbəri Əlisahib Hüseynov deyib. 

Partiya sədri bildirib ki, bu yol bizi 44 günlük mücadilənin sonunda 8 Noyabr Zəfər Gününə gətirib çıxardı: 

"Bu yol bizi Şuşanın fəthinə gətirdi. Biz 44 gün ərzində möhtəşəm hərb yürüşü ilə, misilsiz həmlə ilə Qarabağa qayıtdıq. Yenidən Şuşamıza sahibləndik! 8 noyabr bütün azərbaycanlılar üçün müqəddəs olan Şuşanın işğaldan azad edildiyi gündür! İndi biz bütün Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. İndi biz Ali Baş Komandanımızın da dediyi kimi bütün gücümüzlə Şuşanı dirçəldirik! Zəfər sənə çox yaraşır, Azərbaycan! Zəfər Günün mübarək, Azərbaycan xalqı! Təbriklər, Vətən. Azadlığın mübarək, əziz Şuşa!".