Nazir azad edilmiş ərazilərdə!- "Separatçılara zərbə endirmək üçün "pəncərələr" açılır" 

“Müdafiə naziri Zakir Həsənov işğaldan azad edilmiş ərazilərdə yeni hərbi hissənin açılışında iştirak edib. Yayılan fotolardan görmək mümkündür ki, bura, raket-artilleriya briqadasıdır”. 
“Sherg.az” xəbər verir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov deyib. 
Analitik bildirib ki, işğaldan azad edilmiş ərazilərdəki yeni hərbi hissələr Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan torpaqlarında qalan erməni separatçıların başına zərbə endirmək üçün yaxın pəncərədir: 

“Komando hərbi hissələri, Dövlət Sərhəd Xidmətinin hərbi hissələri, bura cəmlənən texnikalar, silahlı və silahsız pilotsuz aparatlar və sair Ermənistana 10 noyabr bəyanatının şərtlərini yerinə yetirməkdən başqa çıxış yolu qoymur. Müdafiə naziri Zakir Həsənovun fotosunda ağır odsaçan artilleriya – “TOS-1A” görünür. Bu silah Rusiya istehsalıdır, “cəhənnəm silahı” kimi tanınır. Mərmisinin düşdüyü ərazi necə deyərlər, külə dönür. 2016-cı ilin aprel döyüşlərində Ermənistanın başına ələnən oda çevrilmişdi. İkinci Qarabağ Müharibəsində də istifadə edilib, atış məsafəsi elə uzaq olmasa da, çox effektiv silahdır”.