Ermənistan müxalifəti boykot etdi, ilk turda prezident seçilmədi


Ermənistan parlamentinin iclasında ölkənin yeni prezidentini seçmək mümkün olmayıb.

Prezidentliyə yeganə namizəd Yüksək Texnologiyalar Sənayesi naziri Vaaqn Xaçatryan 69 səs toplayıb. Bu say isə onun ilk turda seçilməsi üçün kifayət etməyib. Onun ilk turda qələbə qazana bilməsi üçün 81 səs tələb olunub.

Müxalif “Mənim şərəfim var” və “Ermənistan” fraksiyaları namizədin müzakirəsini boykot edib.

Prezident seçkisinin ikinci turunun bu gün keçirilməsi nəzərdə tutulur. İkinci turda namizədin qələbə qazanması üçün 65 səs tələb olunur.

Hakim “Vətəndaş sazişi” Partiyası parlamentdə 71 yerə sahibdir.

Mənbə: Sputnik Ermənistan