Kuleba detalları AÇIQLADI: "Lavrovun tələbləri təslim siyahısına bənzəyir" - Müharibə dayanmayacaq

Rusiya xarici işlər naziri Sergey Lavrovun və Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Antalyadakı Diplomatik Forumda görüşü başa çatıb.
“Sherg.az” xəbər verir ki, sammitdən sonra nazirlər ayrı-ayrılıqda açıqlamalar veriblər.
Ukrayna xarici işlər naziri D.Kuleba  "Çavuşoğluna təşəkkür etmək istəyirəm. O, bu təması asanlaşdırmağa müvəffəq oldu" deyib:
“Həll yoluna ehtiyac yaranarsa, yenidən görüşməyə razıyam. Rusiya tərəfi görüşə hazır olanda mən də bu görüşə hazır olacağam. Lavrovun bizdən tələbləri təslim siyahısına bənzəyir. Biz müharibəni dayandıra bilmərik. Bizə hücum edən ölkə və dövlət bunu istəməsə, biz müharibəni dayandıra bilməyəcəyik”.

Çimnaz