Çavuşoğlu - Lavrov gərginliyinin “tərcüməsi”:“Rusiya Türkiyənin qırmızı cizgini keçdiyini..."

“Antalya Formunu təşkil edən Türkiyənin beynəlxalq müzakirə platformasına çevrilməsi Rusiya  tərəfində gərginlik yaradır”

“Qardaş ölkənin regional gücdən beynəlxalq gücə çevrilməsini qəbul edə bilmir”


Antalyada keçirilən sammitdə Rusiya xarici işlər naziri Sergey Lavrovla Türkiyə XİN baçısı Mövlud Çavuşoğlu arasında gərginlik yaşanıb. M.Çavuşoğlu S.Lavrova dayanmalı olduğu xətti göstərib. Lavrov isə sonradan Türkiyə XİN başçısının özünün xətti keçdiyinə işarə vurub. Görüntülər qısa zamanda sosial şəbəkələrdə gündəm olub. Əlbəttə, bu məqam dünya mətbuatının manşetinə çevrildi. Bəzi siyasət nəhəngləri bunu siyasi dilə tərcümə edib, müxtəlif proqnozlar, rəylər veriblər. 

 Politoloq Məhəmməd Əsədullazadə həmin görüntülərdən “sherg.az”a danışarkən bildirib ki, hazırda  Türkiyənin  regional beynəlxalq müstəvidə aktual bir ölkəyə çevrilməsi böyük dövlətləri narahat edir və onlar rəsmi Ankaraya qırmızı cizgini keçdiyinə dair mesajlar da verirlər:

“Lavrovun Çavuşoğlu ilə görüşündə də bu hal müşahidə olundu. Rusiya Ukrayna məsələsində Türkiyənin vasitəçiliyini qəbul etsə də, onun regional gücdən beynəlxalq gücə çevrilməsini qəbul edə bilmir. Xüsusilə indi Qərblə Rusiya arasında yaşanan siyasi, hərbi böhranın fonunda Türkiyənin beynəlxaq nizamı qaydaya salmaq cəhdi rəsmi Moskvanı narahat edir”. 

Politoloqun sözlərinə görə, Antalya Formunu təşkil edən Türkiyənin beynəlxalq müzakirə platformasına çevrilməsi Rusiya  tərəfində gərginlik yaradır:

 “Lavrovun da Forumda Türkiyə XİN başçısına belə mesaj verməsi göstərir ki, Rusiya rəsmi Ankaranın Ukrayna məsələsində qırmızı cizgini keçdiyini düşünür”.