Azərbaycan EBRD ilə əməkdaşlığın perspektivlərini müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsveçrədə keçirilən Davos Dünya İqtisadi Forumu çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti xanım Odil Reno-Basso ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə nazir məlumat verib.

Onun sözlərinə görə, görüşdə Azərbaycan-EBRD əlaqələri, Bankın dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr və əməkdaşlığıın perspektivləri müzakirə olunub.