Türkiyə və ABŞ prezidentlərinin görüşü başlayıb-VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında görüş başlayıb.
“Report” xəbər verir ki, məlumatı Türkiyə Prezident Administrasiyası yayıb.
Liderlər “G-20”liyin İndoneziyanın Bali adasında keçirilən sammiti çərçivəsində bir araya gəlib.