“Azərbaycan zaman-zaman adıçəkilən dövlətlərin, ümumiyyətlə, kənar qüvvələrin terror hədəfi olub. Ölkəmizin təhlükəsizliyinə xələl gəlib”
Amma sözügedən hadisədə kənar dövlət axtarmağa lüzum yoxdur”
“Kənar dövlət izinin mövcudluğunu hipermarketdə kütləvi qırğın olduğu halda demək mümkün idi. Ən azı bir avtomat silahdan 30 nəfəri öldürə bilərdilər”
"Çox təəssüf ki, cəmiyyətimiz ölkədə baş verən istənilən hadisə zamanı hansısa bir dövlətin (xüsusilə də, İran və ya Rusiya) izini axtarmağa çalışır".
Bunu "Sherg.az"a təhlükəsizlik məsələsi üzrə ekspert İlham İsmayıl martın 4-də Xətai rayonunda yerləşən “BRAVO” hipermarketinə edilmiş silahlı hücumdan danışarkən deyib. O yayılan iddialarla bağlı heç kimi qınamadığını bildirib:
"Çünki Azərbaycan zaman-zaman adıçəkilən dövlətlərin, ümumiyyətlə, kənar qüvvələrin terror hədəfi olub. Ölkəmizin təhlükəsizliyinə xələl gəlib. Müxtəlif vaxtlarda analoji hadisələrə şahid olduq. Amma "Bravo" hipermarketinə silahlı hücumda kənar - İran və ya Rusiya izləri axtarmaq düzgün deyil. Ona görə ki, bu, sırf quldurluq hadisəsidir. Terror isə siyasi təzyiq vasitəsidir. Lakin məlum hadisənin heç bir dini, milli, siyasi zəmini yoxdur. Sadəcə olaraq, hazırda keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində basqının icraçıları kimi, təşkilatçıları da tapılacaq. Burada kənar dövlət axtarmağa lüzum yoxdur. Kənar dövlət izinin mövcudluğunu hipermarketdə kütləvi qırğın olduğu halda demək mümkün idi. Ən azı bir avtomat silahdan 30 nəfəri öldürə bilərdilər. Ona görə də sözügedən məsələ yalnız kriminal hadisə hesab edilməlidir, pul oğurlamaq məqsədi daşıyıb. Silahlı insidenti törətməkdə şübhəli bilinən şəxslər yəqin ki, uzun müddət müşahidə aparıblar. Kənar dövlətin “əli” zaman-zaman başqa terror hadisələrində olub, amma indi yoxdur".
Qeyd edək ki, martın 4-də Xətai rayonunda yerləşən “BRAVO” hipermarketinə silahlı hücum olub. Hadisə nəticəsində bir nəfər vəfat edib, iki nəfər yaralanıb. Sosial şəbəkələrdə iddialar var ki, baş verən hadisədə İran və ya Rusiyanın "əli" var.