"Ermənistan tərəfi Prezident İlham Əliyevin mesajlarından nəticə çıxarmadır"  - Politoloq 

"Prezident İlham Əliyevin Talış kəndində verdiyi açıqlamadan aydın olur ki, Ermənistan sülh müqaviləsinin imzalanması da yox, yeni hərbi təxribatlarda maraqlıdır".

Bu barədə "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Analitik bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasından yayınır: 

"Prezident İlham Əliyev işğaldan azad olunmuş  Talış kəndində Ermənistana ciddi mesaj verdi. Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistan sülh istəmirsə, bizə də lazım deyil. Həqiqətən ilk növbədə Ermənistan sülh müqaviləsinin bağlanmasında maraqlı olmalıdır. Qalib tərəf Azərbaycandır və ilk gündən sülh müqaviləsinin imzalanması üçün mövqe ortaya qoydu. Amma, İrəvan sülhü deyil, böhranın davam etməsini üstün tutub. Belə olan təqdirdə Ermənistan hərbi təxribatlara gedəcək. Ermənistan ərazi bütövlüyümüzü tanımırsa, bizdə tanimayacagiq. Sülh bizə də lazım deyil. Ermənistan tərəfi prezident İlham Əliyevin mesajlarından nəticə çıxarmasa növbəti hərbi eskalasiya mümkün ola bilər. Çünki Ermənistan tərəfi güc dilində başa düşür. Göründüyü kimi, Ermənistan hər şeyin üstündən xətt çəkib. Yeni hərbi təxribatlarda maraqlı görünür. Yeni hərbi toqquşma riski var. Ermənistan bu hərbi toqquşmadan istifadə edərək KTMT-dən və ərazisindən Rusiya hərbi bazasının çıxarılmasını tələb edəcək. ABŞ və Avropa İttifaqı yeni hərbi toqquşmani Rusiyanın Ermənistanı tərk etməsi üçün görür".