Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi ekspert Elxan Şıxəliyev in fikrincə, yeni yolda nəzarət-keçid məntəqəsinin qurulması istiqamətində addım atılacağı istisna deyil. Rəsmi Bakı bu məsələdə israrını davam etdirir və hədəfə də nail olacağı gözləntisi var.