Ərdoğan tərəfdarlarına çağırış edib: "Seçki qutularının yanından ayrılmayın"


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfdarlarına çağırış edib.

“Report” xəbər verir ki, o bu barədə tviterdə yazıb.

“Səhər tezdən məntəqələrdə vəzifələrini yerinə yetirən hər bir mübarizə yoldaşıma təşəkkür edirəm. Nəticələr dəqiq məlum olmamış bütün qardaşlarımızı seçki qutularının yanından ayrılmamağa çağırıram. İndi millətimizin iradəsini son ana qədər qorumaq vaxtıdır”.

Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci turu üzrə səsvermə prosesi başa çatıb.