Sinan Oğan: "Uduzan linç mədəniyyəti və terrorla bağlı olan partiyalar oldu”

Prezident seçkiləri prosesi başa çatdı. Bu nəticəyə görə birinci turda dəstəyini əsirgəməyən seçicilərimiz ikinci turda da bizi dəstəkləməyə davam edərək Türkiyənin istiqrarına səs verdilər.

Sherg.az xəbər verir ki, bunu Türkiyə prezidentliyinə keçmiş namizəd Sinan Oğan Tvitter hesabında yazıb.

“Seçicilərimiz bu səslərin Sinan Oğana verilmədiyini deyənlərin həvəslərini qursaqlarında qoydu, bizim önəmli ölçüdə yerimizi seçdilər. Buradan plana sadiq qalan bütün vətəndaşlarıma minnətdarlığımı çatdırıram. Artıq yeni bir dövr başlayır, qazanan türk millətçiləri, atatürkçülər, türk milləti və türk dünyası, uduzan isə linç mədəniyyəti və terrorla bağlı olan partiyalar və onlara güvənənlər oldu”, - Oğan qeyd edib.

Qeyd edək ki, ATA İttifaqının prezidentliyə keçmiş namizədi Sinan Oğan ikinci turda Ərdoğana dəstək vermişdi.