ABŞ və Ukraynanın müdafiə nazirləri Sinqapurda görüşüb

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov və Pentaqonun rəhbəri Lloyd Ostin Sinqapurda Şanqri-La dialoqu təhlükəsizlik konfransı çərçivəsində görüşüb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Görüşdən sonra Reznikov öz tviter səhifəsində Ukrayna ilə ABŞ arasında tərəfdaşlığın güclü olduğunu yazıb, həmçinin birgə işlərin davam etdiriləcəyini bildirib.