Nazirlikdən intihara cəhd edən aparıcı ilə bağlı açıqlama

Ədliyyə Nazirliyi bu gün intihara cəhd edən aparıcı Ceyhun Rzayevlə bağlı açıqlama yayıb. 

Bu barədə Nazirliyin mətbuat katibi Aynur Sabitova "Sherg.az"a bildirib:

"“Xəzər TV”-nin aparıcısı Ceyhun Rzayevin intihar edəcəyi ilə bağlı açıqlaması ilə bağlı bildirilir ki,  C.Rzayev bu addımını barəsində həssas məsələ ilə bağlı olan məhkəmə qərarının çıxarılması və icrası ilə əlaqələndirib. Onun ailə üzvləri ilə yaranmış mübahisəsi üzrə Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən mənzilə köçürmə və mənzildən çıxarılma tələbləri ilə bağlı müvafiq icra vərəqəsi verilmişdir. Qərarın icrası üzrə qanunamüvafiq tədbirlər görülür".