Elçibəyin son səfərini etdiyi pasport - FOTO 

Mərhum prezident Əbülfəz Elçibəyin xarici pasportunun fotosu yayılıb.

“Sherg.az” xəbər verir ki, bununla bağlı “Elçibəy_səhifəsi” hesabı post paylaşıb.

Bildirilib ki, Elçibəy son səfərini bu pasportla edib.

Qeyd edək ki, Bəyin son səfəri qardaş ölkəyə olmuşdu. Xərçəngdən əziyyət çəkən Ə. Elçibəy müalicə üçün Türkiyəyə üz tutmuşdu.