Ərdoğana sual verən Xəyal Əzizbəyli kimdir? - FAKTLAR

Azərbaycan jurnalist cameəsinin çox da yaxından və yaxşı tanımadığı Xəyal Əzizbəyli NATO  - nun Vilnüsdə keçirilən sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana verdiyi sualla yadda qaldı.
Azərbaycan və Türkiyə türkcəsində dağınıq  zəif tərzdə Ərdoğana sual verən azərbaycanlı jurnalist kimdir? 

Qeyd edək ki, X.Əzizbəylinin sosial media hesablarında onun iş yeri, fəaliyyəti barədə heç bir məlumat yoxdur. 

Maraq doğurduğundan "Sherg.az"  X.Əzizbəylinin özü ilə əlaqə saxlayıb. Azərbaycanda müxalif mövqeyi ilə seçilən "Azadlıq.org " və "Obyektiv" TV ilə əməkdaşlıq etdiyini qeyd edən X.Əzizbəyli bildirib ki, işi ilə əlaqədar Şimali Avropanın müxtəlif ölkələrində olur, əsasən media menecerliyi ilə məşğuldur.