"44 günlük müharibədən sonra Azərbaycana təhlükə gözləmirəm"

"44 günlük müharibədən sonra Azərbaycana hər hansı təhlükə gözləmirəm" 

"Sherg.az" xəbər verir ki, bu sözləri Qlobal Media Forumunda Prezident İlham Əliyev Azərbaycanı gözləyən təhlükələr barədə suala cavab verərkən deyib.
 
"Qonşularımız olan ermənilər arxadan bizə zərbə vurdular. Bu o vaxtlar baş verdi ki, Azərbaycanda xaos hökm sürürdü. Amma indi vəziyyət elə deyil. BMT-nin 4 qətnaməsinə Ermənistan əməl etmədi. Bu gün bizim güclü ordumuz var. Beynəlxalq hüquq yerinə yetirilməyəndə güc sülhün qarantı olur".