"Bakı Metropoliteni" QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib.
"Sherg.az" G.Həbiblinin özü ilə əlaqə saxlayıb. O bildirib ki, qatarı idarə edərkən mobil telefondan istifadə etməyi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir:
"Dezinformasiyadır. Mənə heç bir iş təklif etməyiblər. Açığı, dezinformasiyaları yaymaqda məqsəd nədir, bilmirəm, maraqlı da deyil. İki təhsilim var. Maşinist kimi "Bakı Metropoliteni" QSC-yə yenidən qayıtmağı düşünürəm. Hətta artıq elektron CV ilə müraciət də etmişəm. Sözügedən məlumatı ilk yayan media qurumlarını məhkəməyə verəcəyəm. İşdən çıxmağa səbəb mobil telefon deyil. "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi ilə də əlaqə saxladım. O, informasiyaları bu şəkildə yaymadığını deyib. Belə olduğu halda media qurumlarını razılığım, icazəm olmadan fotomu paylaşdıqları üçün məhkəməyə verəcəyəm".
Qeyd edək ki, G.Həbibli 2019-cu il aprelin 1-dən “Bakı Metropoliteni” QSC-də maşinist kimi çalışırdı.