2021-ci ilin dekabr ayında Azərbaycan bayrağını təhqir edən erməni futbolçulardan 3-ü “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.
Azərbaycan bayrağını təhqir edənlər aidiyyəti üzrə təhvil verilib. Onların Qarabağdan Ermənistana getmək istədiyi bildirilir.
Xatırladaq ki, 2021-ci ilin dekabr ayında sosial şəbəkələrdə, KİV-də erməni futbolçularının futbol matçı zamanı Azərbaycan Dövlət bayrağı üzərində təhqiredici hərəkətlər etmələri barədə videogörüntülər yayılmışdı. Həmin hadisə ermənilərin məğlubiyyət sindorumu yaşamasından qaynaqlanır.
Qeyd edək ki, “Laçın” postunda növbəti bir terrorçunun da yaxalandığı iddia edilir. Bu barədə “İnfoteka24” Teleqram kanalı məlumat yayıb.
Millət vəkili Sahib Alıyev “Sherg.az”a açıqlamasında bildirib ki, erməni futbolçuların saxlanılması Azərbaycanın heç bir şeyi unutmadığından və unutmayacağından xəbər verir:
“Bu, dövlətimizə və vətəndaşlarımıza qarşı terrorçu ünsürlərin, seperatçıların etdikləri yaramazlıqların cavabsız qalmayacağını ortaya çıxarır. Eyni zamanda Azərbaycan dövlətinin öz torpaqlarının hər qarışı üzərində suvenerliyini tam etməsinin əleyhinə olanların təxribatlarının, Fransa kimi ölkələrin qaldırdığı hay-küylərin nəticəsiz qaldığını ispatlayır. Bu addım bir daha göstərir ki, regiondakı proseslər Azərbaycanın istədiyi yöndə irəliləyəcək. Təkcə ona görə yox ki, regionun lider dövlətinin və yaxud savaşda zəfər çalan güclü dövlətin mövqeyidir. Ən əsası beynəlxalq hüquqa söykənən yanaşmadır. Həmin normaları müəyyənləşdirən Rusiya, Fransa kimi dövlətlər çox təəssüf, həm başqa regionlarda onu pozmaqla məşğuldular, həm də bizim regionda eyni siyasət sərgiləməyə çalışırlar. İstədikləri alınmayanda isə Fransa kimi hər kəsə bəlli olan təxribatlara əl atır. Yəni BMT Təhlükəsizlik Şurasında və digər beynəlxalq qurumlarda, qlobal mediada Azərbaycana qarşı təyziq aləti kimi faydalanmağa səy göstərir. Rusiya kimi uydurma nəsnənin 30 illik yubileyini keçirtməklə yaramazlıq potensiallarının qaldığını nümayiş etdirirlər. Bütün cəhdlər əbəsdir.
Bu, eləcə də, haylardan geosiyasi alət kimi faydalanmağa çalışan məxluqlara növbəti mesajdır. Cənab Prezidentin təbirincə desək, Azərbaycanın suvenerliyinə qarşı yönələn heç bir addım nəticə verməyəcək”.