CHP sədri Kamal Kılıçdaroğlu jurnalistlərin suallarını cavablandırıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, yerli seçkilərlə bağlı mesajlar verən Kılıçdaroğlu Ankara Böyükşəhər Bələdiyyə başçısı Mənsur Yavaşın CHP-nin bələdiyyə sədri və bələdiyyə başqanlığına namizəd olduğunu bildirib.
CHP Diyarbəkir Millət vəkili Sezgin Tanrıkulunun Türkiyə Silahlı Qüvvələri (TSK) ilə bağlı söylədiklərinə də toxunan CHP lideri, “Mövzu ilə bağlı partiya sözçümüz açıqlama verdi. Türk Silahlı Qüvvələrini təşkilati olaraq hədəf almağı heç vaxt düzgün hesab etməzdik" deyə bildirib.