Gün ərzində Şimali Koreya lideri Kim Yonqla görüşü gözlənilən Putin kritik görüşdən əvvəl qatıldığı forumda ABŞ istehsalı olan F-16-lar və cəbhə xəttindəki son vəziyyətlə bağlı mühüm açıqlamalar verib.
Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin vaxtından əvvəl təyin olunduğu ünvan olan Vladivostokda keçirilən Dünya İqtisadi Forumunda kürsüyə çıxıb. Vladimir Putinin gündəmində ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı açılan məhkəmədən tutmuş Cənubi Asiyada hakimiyyət mübarizəsinə, enerji təhlükəsizliyindən Rusiya iqtisadiyyatına qədər bir çox mövzular yer alıb. Bununla belə, Rusiya liderinin xüsusilə Ukrayna ilə bağlı mesajları diqqət çəkib.
Rusiya lideri verdiyi açıqlamalarda ordunun hazırda səfərbər olduğunu qeyd edib. Son 7 ayda 270 min insanın könüllü olaraq orduya qoşulduğunu bildirən Putin, Müdafiə Nazirliyi ilə hər gün 1500-2000 nəfərin müqavilə bağladığını bildirib və əlavə edib:
“Bunun başqa ölkədə mümkün olub olmadığını bilmirəm. Onlar ön cəbhədə olacaqlarını bilərək könüllü olurlar. Ölkələri üçün canlarını verəcəklərini bildikləri halda müqaviləni imzalayırlar”.
Çıxışında ABŞ-ın keçmiş prezidenti Donald Trampa toxunan Putin, Trampın üzləşdiyi siyasi problemlərin təqib olduğunu düşündüyünü və ABŞ-ın daxili problemlərinin ortaya çıxdığını bildirib.
İndiyədək müharibədə 71 min Ukrayna əsgərinin həyatını itirdiyini bildirən Putin, Zelenskini danışıqlara çağırıb.
Rusiya lideri, Ukraynanın bir müddətdir ABŞ-dan almağa çalışdığı, lakin pilotların təlim keçməsi səbəbindən təxirə salınan F-16-ların təhvil verilməsinə də toxunaraq, “F-16-ları təslim edəcəklər” deyib. Putin, "Bu nəyisə dəyişəcəkmi? Mən belə düşünmürəm. Bu, ancaq münaqişəni uzadacaq" deyə əlavə edib.