Müdafiə nazirliyi Qarabağda lokal antiterror tədbirlərinin davam etməsi ilə bağlı növbəti brifinq keçirib.
Sherg.az xəbər verir ki, brifinqdə nazirliyin Mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov çıxış edib.
"Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus 20-dək hərbi təyinatlı avtomobil, 40-dək artilleriya qurğusu, 30-dək minaatan, 2 ədəd zenit-raket qurğusu, 2 ədəd "Martira" radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələri zərərsizləşdirilib.
Ermənistan silahlı qüvvələri birləşmələrinin 60-dan çox döyüş mövqeyi Silahlı Qüvvələrimizin nəzarətinə keçib".