Elon Mask beyin çipi hazırlayır

İstehsalına icazə alıb

  Elon Maskın “Neuralink” şirkəti beyin çipi istehsalına icazə alıb. İstehsal üçün sınaqlara başlanılıb artıq.

 “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, şirkət beyin implant həyata keçirəcək. Bunun üçün könüllülərin müraciətinin qəbuluna icazə verilib. Şirkət müstəqil tədqiqat qrupundan müsbət rəy aldıqdan sonra yeni cihazı sınaqdan keçirmək üçün iflicli şəxslərin axtarışına çıxacaq. Cihazın sınaqlarının 6 il ərzində aparılacağı bildirilir. “Neuralink” şirkəti beyin siqnallarını toplayıb analiz edə bilən beyin-kompüter (BCI) istehsalçısı bir neçə şirkətdən biridir. Lakin E.Mask şirkətinin bu yeniliyi neyroloqlar arasında fikir ayrılığına səbəb olub. Neyroloq alimlər beyin çipinin istehsalını etik baxımdan düzgün hesab etmir. Onların fikrincə, onurğa beyni iflici keçirmiş xəstələrə beyinlərinin hərəkətini izləmək üçün çip implant edilməsi etik baxımdan doğru deyil. Şirkət hələ ki detalları açıqlamayıb. Hətta beyin çipinin istehsalına icazə verilsə belə, onun tətbiqi üçün uzun illər lazım gələcək.